AZ

Karri Ulduzların oyununda olmayacaq

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qolden Steyt”in oyun qurucusu Stefen Karri builki Ulduzların oyununda iştirak etməyəcək. "Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri insayder Brett Sigel yayıb. 37 yaşlı amerikalı ulduz zədə üzündən komandasının müntəzəm çempionatdakı son 4 oyununu buraxıb. Onun yoxluğu ilə bağlı rəsmi səbəb, adətən, diz qapağı nahiyəsində şişkinlik və ağrı ilə özünü göstərən patellofemoral ağrı sindromudu. Sigelin yaydığı xəbərə görə, Karri Ulduzların oyununa görə MBA-da yaranacaq fasilədən sonra meydana dönəcək. Bir neçə gün əvvəl “Oklahoma-Siti”nin oyun qurucusu Şey Gilces-Aleksanderin də fevralın 14-də keçiriləcək Ulduzların oyununu buraxacağı açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
icma.az

2Mənbələr