AZ

Fitso: Slovakiya Kiyevə elektrik təchizatını dayandıra bilər

Slovakiya Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso açıqlama verib.

O bildirib ki, “Drujba” kəməri ilə neft tədarükünün dayandırılması fonunda Bratislava Kiyevlə enerji əməkdaşlığına yenidən baxa bilər.

“Əgər Ukrayna Prezidenti Volodimir Zelenskiyə elə gəlirsə ki, bunun heç bir dəyəri yoxdur və ona lazım deyil, o zaman biz qərar qəbul edib elektrik enerjisi tədarükü sahəsində əməkdaşlıqdan imtina edə bilərik”, – deyə Fitso vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Robert Fitso Bratislavadakı neft emalı və neft-kimya zavodunun Ukraynaya neft məhsulları tədarükünü dayandırdığını açıqlamışdı. Onun sözlərinə görə, Slovakiya Ukraynaya dizel yanacağı ixracını və digər bütün ixrac əməliyyatlarını da dayandırır.

Aliyə
NOCOMMENT.az

Seçilən
33
nocomment.az

1Mənbələr