AZ

600 dollarlıq hesabı ödəməmək üçün ağlasığmaz yola əl atdı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən restoranların birində müştəri hesabı ödəməmək üçün qeyri-adi fırıldaq işlədib. Hadisə şəhərin turistik bölgəsində yerləşən məşhur iaşə obyektində qeydə alınıb. Restoran rəhbərliyinin yaydığı məlumata görə ailə qrupu menyudakı ən bahalı təamları, o cümlədən "tomahawk" antrikotunu sifariş edib. Ümumi hesab təxminən 600 Avstraliya dolları məbləğində olub.Demokrat.az xəbər verir ki, yemək bitdikdən sonra masadakı şəxslərdən biri boşqabından tük çıxdığını iddia edərək ödəniş etməkdən boyun qaçırıb. Müştəri restoranda səs-küy salaraq pul ödəmədən ərazini tərk edib. Lakin müəssisənin təhlükəsizlik kamerası görüntüləri araşdırılarkən hadisənin əsl mahiyyəti üzə çıxıb. Kadrlarda həmin şəxsin qəsdən öz bədənindən tük qopardığı və onu boşqaba yerləşdirdiyi aydın görünür.Müəssisə rəhbərliyi baş verənlərlə bağlı polisə müraciət edib. İlkin mərhədə məsələ hüquqi müstəvidə mübahisəli görünsə də kamera qeydləri sübut kimi təqdim olunub. Restoran rəhbərliyi digər həmkarlarını bənzər hallara qarşı diqqətli olmağa çağırıb və görüntüləri sosial şəbəkədə paylaşıb. Hazırda faktla bağlı araşdırmalar davam edir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr