AZ

Rusiya və Ukrayna Cenevrədə ABŞ-sız iki saat davam edən qapalı görüş keçirdi...



Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli görüşdən sonra, əvvəldən planlaşdırılmamış daha bir görüş olub.

Rusiya ilə Ukrayna nümayəndələri arasında qapalı keçirilən görüş, tərəflər hava limanına yola düşməzdən əvvəl “InterContinental” otelində baş tutub və təxminən iki saat davam edib.

Rusiya nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Vladimir Medinski üçtərəfli məsləhətləşmələr başa çatdıqdan sonra Ukrayna nümayəndələri ilə əlavə qapalı görüş keçirdiyini təsdiqləyib.

TAHİR

Seçilən
17
baki-xeber.com

1Mənbələr