Bakı. Trend:
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarındanbaşlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabiryağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Trend xəbər verir ki, bubarədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağıehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən4-6 dərəcə enəcək.
Böyük və Kiçik Qafqaz dağlarının bəzi çaylarında sululuğunartacağı ehtimalı var.