AZ

Paytaxtın bu küçəsi təmir olunur

Bakı. Trend:

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasıistiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri,Sabunçu rayonu ərazisində yerləşən Leyla Məmmədbəyova küçəsindətəmir işlərinə start verilib.

Trend xəbər verir ki, bubarədə AAYDA məlumat yayıb.

Bildirilir ki, küçənin ümumi uzunluğu 1700 metr, orta eni isə11.5 metr təşkil edir.

"Təmir işləri çərçivəsində küçənin 570 metrlik hissəsində (YavərƏliyev və Əhmədbəy Ağayev küçələri arası) deformasiyaya uğramışköhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərəkərazidən kənarlaşdırılıb. Əvəzində 6 500 kvadratmetr sahədə yeniasfalt-beton örtüyü döşənib. Bununla yanaşı zəruri hissələrdə səkidaşları yenilənib.

Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə vəəvvəlcədən tərtib olunmuş iş qrafikinə əsasən həyata keçirilir.İşlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün əraziyəkifayət qədər canlı qüvvə və xüsusi texnika cəlb edilib.

Görülən işlər nəticəsində yol örtüyünün keyfiyyətininyüksəldilməsi və rahat gediş-gəlişin təmin olunması nəzərdətutulur", - qurumdan əlavə olunubş

Məqalədə:
Seçilən
86
3
az.trend.az

8Mənbələr