AZ

Göygöldə şagirdlərin kütləvi zəhərləndiyi bufetin fəaliyyəti dayandırılıb - RƏSMİ (FOTO)

Bakı. Trend:

Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-DaşkəsənRegional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinindaxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlamakeçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumatverilib.

Bildirilir ki, aatılan məhsullardan laborator müayinələr üçünnümunələr götürülüb.

"Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - qurumdanqeyd olunub.

Xatırladaq ki, fevralın 17-də AQTA Göygöl rayonu Aşıqlı kənd tamorta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl RayonMərkəzi Xəstəxanasına müraciət olunduğunu vurğulayıb. Bildirilirki, şagirdlərə ilkin tibbi yardım göstərilib, dəqiqləşdirilməmişqeyri-infeksion qastroenterit diaqnozu qoyulub:

"Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindənaraşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlbolunub. İctimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraqbildirilib ki, dünən saat 13:00 radələrində Göygöl rayonuərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın)yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardımşöbəsinə hospitalizasiya olunub.

Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlərvə kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardımgöstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hərbiri ambulator müalicə üçün evə buraxılıb.

Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsilməktəbindən isə sorğuya cavab olaraq dərs prosesi zamanı 10 nəfərşagird özünü pis hiss etdiyi, dərhal xəstəxanaya çatdırıldıqlarıbildirilib:

"Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsiaparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətindəmüvafiq qurumlarla birgə araşdırma aparılır", - məlumatda qeydolunub.

Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Seçilən
66
5
az.trend.az

10Mənbələr