"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhenlə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, "Atletiko Madrid"in transferlə bağlı "Qalatasaray"la danışıqlar apardığı irəli sürülüb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Atletiko Madrid” mövsümün sonunda Osimheni transfer etmək istəyir. Oyunçuya yaxın mənbələr bildiriblər ki, Osimhen La Liqaya transfer olmaqda maraqlıdır. Həmçinin bildirilib ki, Osimhen "Atletiko Madrid"də hücum lideri rolunu öz üzərinə götürməkdən məmnun olacaq. "Qalatasaray" rəsmilərinin "Atletiko Madrid"dən 100 milyon avro transfer haqqı tələb etdiyi bildirilir. Qeyd edək ki, Viktor Osimhen 100 milyon avroya transfer edilərsə, bu, Türkiyə futbol tarixində ən bahalı transfer olacaq.