AZ

Şirvan şəhərində informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı Şirvan şəhərində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları çıxış edərək, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları, informasiya sahiblərinin üzərinə düşən hüquq və vəzifələr, sorğulara baxılma qaydası, cavablandırma müddətləri, habelə qanunvericiliyin tələblərinin praktik tətbiqi məsələləri barədə ətraflı məlumat veriblər.

Çıxışlarda, həmçinin Ombudsmanın informasiya əldə etmək hüququnun müdafiəsi istiqamətində həyata keçirdiyi monitorinqlər, daxil olmuş müraciətlər üzrə aparılan araşdırmalar və maarifləndirmə təşəbbüsləri diqqətə çatdırılıb.

Tədbir çərçivəsində mövzuya dair hazırlanmış videoçarx nümayiş olunub, informasiya əldə etmək hüququnun təşviqinə xidmət edən maarifləndirici çap materialları və metodiki vəsaitlər barədə təqdimat edilib. İştirakçılarla interaktiv formatda aparılan müzakirələr zamanı praktik hallara dair suallar cavablandırılıb.

Sonda informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə dövlət qurumları ilə Ombudsman Aparatı arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
hurriyyet.az

2Mənbələr