AZ

YAP Nərimanov rayon təşkilatı tərəfindən görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən Nərimanov Bələdiyyəsinin sədr müavini, “Ə.Rəcəbli 54” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nizami Babaşovun 70 illik yubileyi münasibətilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıblar. Nizami Babaşovun Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiyi bildirilib.

Göstərilən diqqətə və qayğıya görə təşəkkürü bildirən Nizami Babaşov Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının böyük qürur olduğunu söyləyib.

Sonda ərazi partiya təşkilatının sədrinə rayon təşkilatı tərəfindən fəxri fərman verilib.

Seçilən
45
1
unikal.az

2Mənbələr