"Liverpul" rəhbərliyi, komandanın əfsanəsi Məhəmməd Salahın mümkün gedişinə qarşı "Bayern Münhen"in ulduzu Maykl Olise üçün rekord büdcə ayırıb.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar" 23 yaşlı fransız vingeri misirli ulduzun "ideal xələfi" hesab edir və onun transferi üçün 100 milyon avrodan çox xərcləməyə hazırdırlar.
Hazırda Münhen klubunda möhtəşəm performans sərgiləyən Olisenin müqaviləsi 2029-cu ilə qədər davam etsə də, İngiltərəyə qayıtmaq ehtimalı transfer gündəmini silkələyib. "Bayern" rəhbərliyi ulduz futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil və buna cavab olaraq ona daha yüksək şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır.
Lakin "Mançester Siti" və "Çelsi" kimi rəqiblərin də dövrədə olması "Liverpul"u bu yarışda daha sürətli addımlar atmağa məcbur edir.