AZ

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1456-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 115 131 PUA-sı, 650 zenit-raket kompleksi, 27 754 tank və digər zirehli texnikası, 1 666 reaktiv yaylım atəş sistemi, 33 347 artilleriya və minaatanı, 54 691 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
8
37
bakivaxti.az

10Mənbələr