AZ

Banklara dollarla əmanət qoyanların sayı azalıb

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2025-ci il ərzində 2.8 faiz bəndi azalaraq 30.8% təşkil edib.

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşma səviyyəsi isə 2.6 faiz bəndi azalaraq 28%-ə enib.

Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı son 1 ildə 0.9 faiz bəndi azalaraq 38.5%-ə enib.

Qeyd edilib ki, il ərzində manatla depozitlər 5% və ya 1.2 mlrd. manat artaraq 24.5 mlrd. manat, xarici valyutada depozitlər isə 4% və ya 549 mln. manat azalaraq 13.3 mlrd. manat ekvivalentində olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
2
modern.az

5Mənbələr