AZ

​Yeni pandemiya qapıda:

Elmi araşdırmalar göstərir ki, qlobal istiləşmə tropik xəstəliklərin yeni bölgələrə yayılmasına səbəb ola bilər. Xüsusilə “Asiya pələngi” adlanan ağcaqanad Çikunqunya virusunu yaymaq potensialına malikdir. Virus insanlarda yüksək hərarət və güclü ağrılara səbəb olur. Metbuat.az xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, virusun inkişafı üçün tələb olunan minimal temperatur əvvəlki hesablamalardan təxminən 2,5° C aşağıdır. Bu da xəstəliyin Avropanın şimal bölgələrinə belə yayılma riskini artırır. İspaniya, İtaliya, Fransa, Yunanıstan və Türkiyə artıq risk zonası sayılır. Mütəxəssislərin fikrincə, istiləşən iqlim və ağcaqanadlar xəstəliyin daha çox ölkəyə yayılmasına səbəb ola bilər.

Həkimlər və ekologlar qorunma tədbirlərinə diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, açıq havada gəzmək, istehlak olunan suya diqqət etmək və ağcaqanadlardan qorunmaqla xəstəliyin yayılma riskini azaltmaq mümkündür.

Seçilən
64
metbuat.az

1Mənbələr