AZ

Bakıdan bu rayona hər gün qatarla gedib gəlmək olacaq

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.

Bu barədə BAKU.WS ADY-yə istinadən xəbər verir.

Belə ki, bu marşrut üzrə saytımızdan və ya "ADY Mobile" tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
6
baku.ws

10Mənbələr