AZ

Rusiya və İran birgə dəniz təlimlərikeçirəcəklər

İran və Rusiya donanmaları fevralın 19-da Oman körfəzində və şimali Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər.

Redaktor.az xəbər verir ki, bu açıqlamanı İran Hərbi Dəniz Qüvvələrinin kapitanı Həsən Maqsudlu Bəndər Abbas bildirib.

Onun sözlərinə görə, təlimlərin məqsədi dəniz təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün tərəflər arasında koordinasiyanı gücləndirməkdir. Təlimlər çərçivəsində dənizlərdə və okeanlarda kommersiya gəmilərinin və tankerlərin terrorizm təhlükəsindən qorunması məsələləri də məşq olunacaq.

Maqsudlu bildirib ki, birgə manevrlər ölkələr arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcək və Moskva ilə Tehran arasında regional əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.

Aminə ŞAHSUVARQIZI

Seçilən
95
redaktor.az

1Mənbələr