AZ

Məhkumların alimentlərini ödəmələri ilə bağlı yeni təklif

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Ombudsmanı məhkumlarınalimentlərini ödəmələri məqsədilə cəzaçəkmə müəssisələrində yeniistehsal sahələrinin yaradılmasını təklif edib.

Trend-inməlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil məsələ ilə bağlı AliMəclis qarşısında təklif qaldırıb.

Ombudsman müvəqqəti saxlama yerləri, istintaq təcridxanası,cəzaçəkmə müəssisələrində təmir-bərpa işlərinin genişləndirilməsivə infrastrukturun müasirləşdirilməsini təklif edib.

Müvəkkil həmçinin məhkumların maddi ehtiyacları, habelə alimentvə başqa borclarının ödənilməsi və ictimai faydalı əməyə cəlbolunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsalsahələrinin yaradılmasını məqsədəuyğun hesab edib.

Ombudsman penitensiar müəssisələrdə məhkumlara mütəmadi olaraqpsixoloji yardımın göstərilməsi məqsədilə məhkumlarla işləməkbacarığına malik peşəkar və ixtisaslaşmış psixoloqların cəlbedilməsini, məhkumların sosial adaptasiyası və cəmiyyətəinteqrasiyası üçün hazırlıq imkanlarının genişləndirilməsini vacibsayır.

O həmçinin videozənglərin təşkil edilməsinin məhkumun ailəsi vəyaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbəttəsiri, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusiləuzaqda yaşayanlar üçün) qənaəti nəzərə alaraq məhkumlarınvideogörüş keçirmək hüququnun təmin olunması üçün zəruri addımlarınatılmasını gündəmə gətirib.

Seçilən
144
4
az.trend.az

5Mənbələr