AZ

Makron sosial şəbəkədəki söz azadlığını cəfəngiyat hesab edir

Makron sosial şəbəkədəki söz azadlığını cəfəngiyat hesab edir

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, müzakirələrin aparıldığı platformaları idarə edən şəffaf alqoritmlər olmadan internetdə real söz azadlığından söhbət gedə bilməz.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Dehlidəki Ümumhindistan Tibb Elmləri İnstitutunda tələbələrlə görüşən dövlət başçısı bu məsələdəki mövqeyini kəskin şəkildə ifadə edib.

Makron bildirib ki, əgər kimsə bu sözdə azadlıq vasitəsilə necə yönləndirildiyini bilmirsə, xüsusən də bir nifrət nitqindən digərinə sürüklənirsə, belə azadlıq tam bir cəfəngiyatdır. O, beynəlxalq şirkətləri öz resurslarındakı tövsiyə alqoritmlərinin şəffaflığını təmin etməyə çağıraraq, hazırda hər bir platformada alqoritmlərin qərəzli olduğunu vurğulayıb.

Fransa lideri bu alqoritmlərin birbaşa tənzimlənməsini tələb etmədiyini, lakin onların necə yaradılması, öyrədilməsi və istifadəçini hara apardığı barədə hər kəsin məlumatlı olmasının vacibliyini qeyd edib.

Seçilən
112
afn.az

1Mənbələr