AZ

Kiyevdən Kremlə ittiham: Danışıqları qəsdən uzadırlar

Ukrayna Prezidenti Vladimir  Zelenski Rusiyanı danışıqları   qəsdən uzatmağa çalışmaqda ittiham edib.

 Azreform.info xəbər verir ki, Zelenski bunu Cenevrədəki danışıqların ilk günü ilə bağlı Telegram paylaşımında yazıb: "Dünən həqiqətən çətin bir görüş idi və biz belə bir nəticəyə gələ bilərik ki, Rusiya artıq son mərhələyə çatmış ola biləcək danışıqları uzatmağa çalışır".
Zelenski Ukrayna nümayəndə heyətindən danışıqların nəticə etibarilə məhsuldar olmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyi xahiş edib. 

Zelenski həmçinin Amerika nümayəndə heyətinə detallara diqqət yetirdiklərinə və hazırkı Rusiya nümayəndələri ilə söhbətlərdə səbr göstərdiklərinə görə təşəkkür edib.
Bu danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib.

17-18- fevralda Cenevrədə keçirilən danışıqlar mərhələsinin ilk günü danaışqılar 6 saat, ikinci gün isə 2 saat çəkib. 

Mürtəza

Seçilən
79
3
azreform.info

4Mənbələr