AZ

Ümumi strateji maraqlar Azərabycan və Mərkəzi Asiyanın əməkdaşlığını möhkəmləndirir - Akramcon Neymatov

Bakı. Trend:

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq təkcəcoğrafi yaxınlıq, tarixi və mədəni əlaqələr, sivilizasiya ümumiliyiilə deyil, həm də, şübhəsiz ki, strateji maraqlarının üst-üstədüşməsi ilə şərtlənir.

Trend xəbər verirki, bu barədə Özbəkistan Respublikası Prezidenti yanında Stratejivə Regionlararası Tədqiqatlar İnstitutunun direktorunun birincimüavini Akramjon Neymatov bu gün Bakıda keçirilən “C6: Vahidregion, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi”mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, son səkkiz il ərzində regionda müəyyəntəhlükəsizlik arxitekturası formalaşdırılıb ki, bunu bloklaraqoşulmayan xarakter daşıyan formalaşmaqda olan təhlükəsizlikbirliyi kimi səciyyələndirmək olar.

“2018-ci ildə dövlət başçılarının Məşvərət görüşləri – ilkinolaraq dialoq platforması kimi – işə salındı, lakin bu gün artıqbu, tamdəyərli qarşılıqlı fəaliyyət mexanizmidir. Bu mexanizm təkcəinkişafın əsas istiqamətlərini müəyyənləşdirmir, həm də regionaləməkdaşlığın institusional əsasını formalaşdırır”, – deyə institutdirektorunun birinci müavini bildirib.

O qeyd edib ki, növbəti mərhələ sahəvi əməkdaşlığın inkişafıolub.

“İkiillik yol xəritəsi qəbul edilib və onun çərçivəsindənəqliyyat və energetika nazirlərinin müntəzəm görüşləri, həmçinintarixçilərin forumları, gənclər və digər ekspert platformalarıbaşladılıb. Təxminən dörd il əvvəl, mənim fikrimcə, yeni mərhələ –daha aydın təhlükəsizlik arxitekturasının formalaşdırılmasımərhələsi başlayıb. Bu mərhələ Qazaxıstanda təhlükəsizlikşuralarının katiblərinin ilk görüşünün keçirilməsi ilə başlanıb.Növbəti görüş isə ötən il Səmərqənddə baş tutub”, – deyə A.Neymatov vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, ilk dəfə olaraq Mərkəzi Asiyaölkələri ilə Azərbaycan arasında birgə hərbi təlimlər təşkilolunub.

Məqalədə:
Seçilən
59
az.trend.az

1Mənbələr