AZ

UEFA Vinisiusa qarşı irqçilik qalmaqalı ilə bağlı açıqlama yaydı

UEFA nümayəndəsi "Real"ın braziliyalı vingeri Vinisius Junior ilə "Benfika"nın hücumçusu Canluka Prestianni arasında baş verən qalmaqalla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, qurumun açıqlamasında bildirilib:

"Hazırda dünən axşam keçirilmiş matçların rəsmi protokolları araşdırılır. Qayda pozuntuları barədə məlumatlar olduğu halda araşdırma başladılır və əgər bu, intizam sanksiyalarına səbəb olarsa, bu barədə məlumat UEFA-nın intizam komitəsinin rəsmi saytında dərc olunur.

Bu mərhələdə məsələ ilə bağlı əlavə edəcəyimiz başqa məlumat yoxdur".

Xatırladaq ki, insident Çempionlar Liqasının 1/16 final mərhələsində "Real"ın 1:0 hesablı qələbəsi ilə başa çatan matç zamanı baş verib.

Seçilən
60
publika.az

1Mənbələr