Məqalədə qeyd olunur ki, həm Respublikaçılar, həm də Demokratlar Türkiyə ilə münasibətlərin gərginləşdiyi anlarda bu mövzunu gündəmə gətirir, strateji tərəfdaşlıq ehtiyacı yarandıqda isə susmağa üstünlük verirlər. Müəllifin fikrincə, bu, insan haqları məsələsi deyil, sadəcə diplomatik sövdələşmələrin bir hissəsidir. Xüsusilə, Türkiyənin Rusiya raketləri alması və ya Suriya münaqişəsi fonunda "mənəvi öhdəliklərin" qəfil xatırlanması bu yanaşmanın bariz nümunəsidir.
Yaxın vaxtlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri zamanı "X" platformasında bu mövzuda paylaşım edib sonra onu silməsi erməni icmasında böyük narazılığa səbəb olub. Müəllif vurğulayır ki, tarixin diplomatik rahatlığa görə "açılıb-bağlanması" həm qurbanların xatirəsinə təhqir, həm də ABŞ-nin bəyan etdiyi dəyərlərə xəyanətdir.