AZ

Azərbaycanda kirayə qiymətləri 8%-ə yaxın artıb

Bakı. Trend:

2025-ci ilin dekabrında icarəçi tərəfindən ödənən icarə haqlarıillik əsasda 7.8% artıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymətindeksi 2024-cü ilin IV rübünə nəzərən 10.6% artıb. O cümlədənilkin mənzil bazarında qiymət artımı bu dövrdə 13.3%, təkrar mənzilbazarında isə 10.5% yüksəlib.

Məlumata görə, 2025-ci ilin yanvar-dekabr ayları ərzində 2024-cüilin yanvar-dekabr ayları ilə müqayisədə ilkin mənzil bazarındaqiymət indeksi 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb.

“2025-ci ilin dekabrında icarəçi tərəfindən ödənən icarə haqlarıillik əsasda 7.8% artıb. Adı çəkilən xidmət üzrə qiymətlərin artımtempi 2025-ci ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdanetibarən yüksəlib”, - məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
64
2
az.trend.az

5Mənbələr