AZ

Sarkisyanın ölkədən çıxış qadağası götürüldü

Ermənistanın sabiq Prezidenti Serj Sarkisyana qarşı cinayət işi üzrə tətbiq edilmiş ölkədən çıxış qadağası götürülüb.

News365.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi elan edib.

“Hakim əvəzedici olduğundan qadağanı özü ləğv edə bilmirdi. Bu səbəbdən hakim prokururluğun üzərinə bu qadağanı ləğv etmək öhdəliyi qoyub”, - məhkəmədən bildirilib.

Qeyd edək ki, bu cinayət işi çərçivəsində S.Sarkisyan xüsusilə külli miqdarda rüşvət almaqda və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham olunur. Belə ki, onun əldə edilən gəlirin yarısının özünə çatması qarşılığında 1998-2010-cu illərdə Rusiyada yaşayan iş adamı Mixail Baqdasarovun Ermənistan ərazisində güzəştli şərtlərlə biznes fəaliyyəti ilə məşğul olmasına şərait yaratdığı iddia edilir.

Seçilən
29
1
news365.az

2Mənbələr