AZ

Ceyhun Sultanov: “Qarabağ” müdafiədə səhv etməsə, yaxşı nəticə qazana bilər”

“Qarabağ” “Nyukasl”la qarşılaşmada çox çətinlik çəkəcək”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.

Mütəxəssis İngiltərə klublarının fiziki gücü və sürətli keçidləri ilə seçildiyini söyləyib.

“Bu səbəbdən favorit “Nyukasl” görünür. Onlar yüksək tempdə oynamağı bacarırlar və hücum xəttində keyfiyyətli futbolçulara malikdirlər. Bununla belə, düşünürəm ki, təmsilçimiz düzgün taktiki plan qursa, müdafiədə səhvlərə yol verməsə və yaratdığı qol imkanlarından maksimum yararlansa, yaxşı nəticə əldə edə bilər. Ev amili və azarkeş dəstəyi də komandamız üçün mühüm üstünlük ola bilər”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.

İdman.Biz
Seçilən
30
2
idman.biz

3Mənbələr