AZ

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəni təbrik ediblər

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci vitse-prezident MehribanƏliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəmcansağlığı arzulayırıq.

Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiqqalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızınpoetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş sözustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəmqoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək,geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.

Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvidəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edənəsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır.Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi iləseçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğunbədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olanpoema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxındövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləritarixi həqiqətlər işığında dərin vətənpərvərlik və millidövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqınınmübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatrsəhnələrində uğurla tamaşaya qoyulmuşdur.

Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadimkimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətinbariz nümunəsidir.

İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayanyaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasındabundan sonra da əhəmiyyətli rol oynayacaqdır".

Seçilən
54
46
az.trend.az

6Mənbələr