AZ

“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb

“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda yerləşən bir neçə marketdə və ictimai iaşə obyektində yoxlamalar aparıblar.

AFN.az xəbər verir ki, yoxlamalar şəhərin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində keçirilib.

Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.

Seçilən
71
43
afn.az

10Mənbələr