AZ

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub (FOTO)

Bakı.Trend:

Parisdə Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində YolNəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin nümayəndələri təmsil ediblər.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Avropa Nəqliyyat NazirləriKonfransı (EKMT) çoxtərəfli kvota sistemi üzrə görülən işlər vəgələcək prioritetlər nəzərdən keçirilib. Beynəlxalq yükdaşımalarındaha səmərəli təşkili, sistemin müasir tələblərə uyğunlaşdırılmasıvə dayanıqlı inkişafın təmin olunmasına dair fikir mübadiləsiaparılıb.

İclasda EKMT çoxtərəfli kvota sisteminə yeni iştirakçılarınqoşulması qaydaları haqqında layihə sənədləri, 2027-ci ildənetibarən sıfır emissiyalı nəqliyyat vasitələri üçün lisenziyalarıntətbiqi, o cümlədən EKMT rəqəmsal sisteminin funksionallığınıngenişləndirilməsi istiqamətində mühüm irəliləyiş əldə edilib.

Azərbaycan nümayəndə heyəti bildirib ki, çoxtərəfli kvotasisteminin coğrafi baxımdan genişləndirilməsi beynəlxalq nəqliyyatəlaqələrinin gücləndirilməsi, daşımaların səmərəliliyininartırılması və icazələrin daha məhsuldar istifadə olunması üçünstrateji əhəmiyyət daşıyır. Bu dəyişiklik regionlararasıyükdaşımaları daha da asanlaşdıracaq, nəqliyyat dəhlizlərininsəmərəliliyini artıracaq və qlobal təchizat zəncirlərinindayanıqlığını gücləndirəcək.

Eyni zamanda qeyd olunub ki, çoxtərəfli kvota sisteminingenişləndirilməsi Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunaprezidentliyi çərçivəsində müəyyən etdiyi prioritetistiqamətlərdəndir. İclasda üzv ölkələr bu məsələyə beynəlxalqnəqliyyat əlaqələrinin inkişafı və daha inteqrasiya olunmuşnəqliyyat sisteminin formalaşdırılması baxımından konstruktivyanaşmağa çağırılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
103
3
az.trend.az

5Mənbələr