Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin bu gün Kremldə Kuba Xarici İşlər naziri Bruno Rodrigez Parrillanı qəbul edəcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Peskov jurnalistlərə verdiyi açıqlamada:
"Putin Moskvaya səfər edən Kuba Xarici İşlər naziri Bruno Rodrigezi Kremldə qəbul edəcək. Nazir Rusiya rəhbərliyi ilə görüşlərini tamamlayıb və bu gün prezidentlə bir araya gələcək", – deyib.
"Dost və qardaş ölkəmiz Kubanın hazırda yaşadığı çətin dövrü nəzərə alsaq, bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyi aydındır", – deyə o əlavə edib.