Bakı. Trend:
2025-ci il ərzində Blumberq ticarət sistemində banklar arasındaümumi həcmi 65.4 milyard manat olan 3 661 ədəd əqd bağlanıb.
Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu göstəricilər, 2024-cü illə müqayisədə müvafiqolaraq 35,8% və 2,7% azdır.
Bildirilib ki, ümumilikdə, hesabat dövründə banklararası bazarıntəminatsız sektorunda aktivlik davam edib. Qeyd edilib ki, buəməliyyatların cəmi həcminin 95%-i 1-3 günlük əqdlər hesabınaformalaşıb.