Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan "Benfika" "Real Madrid" oyununda (0:1) meydan sahiblərinin futbolçusu Canluka Prestianni ilə qonaqların cinah hücumçusu Vinisius Junior arasındakı insidentlə bağlı araşdırmalar başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Qurum irqçilik olayı ilə bağlı intizam işinin açıldığını bəyan edib:
Xatırladaq ki, argentinalı oyunçu ağzını futbolkası ilə bağlayaraq Viniyə nəsə deyib. "Real"ın braziliyalı ulduzu isə Canlukanın onu meymun adlandırdığını bildirib. Buna görə oyun bir müddət dayandıqdan sonra davam etdirilib.
Nihat