AZ

“Ayıq sürücü” seçərkən: EHTİYATLI OLUN

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakının Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11000 manat oğurlanıb.

DİN mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirirək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib.

Bəs taksi xidmətinə şəxsləri işə qəbul edərkən bu kimi halların baş verməməsi üçün hansı ilkin tədbirlər görülməlidir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, vətəndaşlar ayıq sürücü xidmətindən istifadə edərkən bir sıra məqamlara diqqət yetirməlidirlər:

“Bilməlidirlər ki, həmin xidmət rəsmi şirkət tərəfindən təşkil olunub, yoxsa fiziki şəxs VÖEN-siz və qeydiyyatsız fəaliyyət göstərir. Sürücülər ayıq sürücü xidmətindən istifadə edərkən qeydiyyatdan keçmiş və rəsmi sənədləri olan şirkətlərin xidmətini seçməlidirlər. Əgər vətəndaşın avtomobilindən oğurluq olarsa, dərhal polisə müraciət etməlidir. Taksi fəaliyyəti artıq peşə kimi qəbul olunur.

Taksi sürücüsü olmaq istəyən şəxs bir neçə prosedurdan keçməli, təlimlərdə iştirak etməli, müvafiq sənədləri almalı və DİM-in təşkil etdiyi imtahanlarda iştirak etməlidir. Təlimlər zamanı etik davranış qaydaları və yol hərəkəti qaydaları öyrədilir”.

O, həmçinin bildirib ki, taksi sürücüsünün çalışacağı ərazini tanıması vacibdir: “Əgər sürücü şəhəri tanımırsa, ona həmin şəhərdə taksi fəaliyyəti göstərməyə icazə verilməməlidir”.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr