AZ

"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat 

"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat olub.

Bu barədə Bakıvaxtı.az-a klubun mətbuat xidmətindən bildirilib.

Elçin Sadıqov bölgə təmsilçisinin qapıçılar üzrə məşqçisi təyin edilib. 36 yaşlı mütəxəssis 2020–2025-ci illərdə "Səbail"in müxtəlif yaş qruplarında çalışıb.

UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan E.Sadıqovun son iş yeri 2025-ci ildə qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərdiyi "Şəfa" klubu olub.

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr