AZ

“Face ID” ölkəmizdə niyə tətbiq olunmur?

Son illər dünyada ictimai nəqliyyatda rəqəmsal ödəniş sistemlərinə keçid sürətlənib.

Bir sıra ölkələrdə sərnişinlər artıq metroya, avtobusa və hətta dəmir yoluna minərkən kart və ya nağd vəsait deyil, üz tanıma texnologiyası – “Face ID” vasitəsilə ödəniş edirlər.

Bu sistem həm vaxt itkisini azaldır, həm də nəqliyyatda növbələrin qarşısını alır. Azərbaycanda isə bank kartı və QR ödəniş mexanizmlərinin tətbiqi ilə bağlı təcrübələr aparılıb lakin üz tanıması ilə ödəniş sistemləri hələ də tətbiq olunmayıb.

Dəmir yolu, metro, avtobuslarda üz tanıması (“Face ID”) ilə ödəniş sistemlərinin tətbiqi niyə geçikdirilir? Bu hansı səbəblələ bağlıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, aparılan təcrübələrdən müsbət nəticə əldə edilib:

"Dəmir yolu və metroda üztanıma, xarici təcrübədə buna (“Face ID”) deyirlər, bu təcrübə ölkəmizdə artıq sınaqdan keçirilibMüəyyən qədər də müsbət nəticə əldə edilib. Sadəcə bunu ictimai nəqliyyatın bir və ya bir neçə seqmentinə yox, bütün seqmentlərə tətbiq etmək lazımdır. Bunun üçün ictimai nəqliyyatın avtobus seqmentində də bu proses həyata keçirilməlidir.

Bu məsələni həll etmək üçün marşrut buraxılan bütün avtobuslarda bu sistem dəstəklənməlidir. Təəssüf ki, bəzi özəl daşıyıcıların gətirdiyi avtobuslar hələ ki bu sistemə qoşula bilmir. Ona görə də bir qədər vaxt lazımdır ki, ümumi olaraq ictimai nəqliyyatda tam tətbiq olunsun”.

O qeyd edib ki, “Face ID” sisteminin tətbiq olunması sərnişin üçün əlverişlidir: 

“Çünki vaxt itkisinın qarşısını alır və daha sürətli keçidi təmin edir. Düşünürəm ki, yaxın gələcəkdə ümumi ictimai nəqliyyatda da tam tətbiq oluna bilər. Amma qeyd etdiyim məsələlər həll olunmadan sonra bu mümkün ola bilər”.

Seçilən
56
1
cebheinfo.az

2Mənbələr