AZ

Nazirliyin sosial layihəsi üzrə daha 15-dək mənzil satılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillərdən son günlərdə daha 15-dək mənzil satılıb.

Aznews.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında olan mənzillərlə ms.sosial.gov.az portal vasitəsilə tanış olmaq olar.

Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portalda almaq istədiyi mənzili seçərək onu "Bron et" düyməsini sıxmaqla bron edə bilər.

Satılan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, çıxarışlıdır və ipoteka krediti ilə də almağa uyğundur.

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır.

Bir mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər ilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Seçilən
30
11
aznews.az

10Mənbələr