AZ

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 2 dəfədən çox artıb  

2026-cı ilin yanvar ayında ölkədən 1447,05 ton pambıq ipliyi ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən pambıq ipliyinin dəyəri 2,4 dəfə artaraq 3 milyon 127,4 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 316,39 min dollar dəyərində yəni, 525,37 ton pambıq ipliyi ixrac edilib.

Seçilən
53
2
azerbaijan-news.az

3Mənbələr