AZ

Bakıda 23 dərəcə isti olacaq

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 4-7°, gündüz 18-23° isti olacaq. 

 

Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 80-90%, gündüz 65-70% təşkil edəcək.

 

Azərbaycanın gölgələrinə gəlincə, havanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-11°, gündüz 17-22°, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacaq.

Seçilən
55
49
senzor.az

10Mənbələr