AZ

Xurmanın qiyməti artacaq?

Ramazan ayında iftar süfrələrinin əsas nemətlərindən biri xurmadır. Oruclarını ənənəvi olaraq xurma ilə açanların sayı çox olduğuna görə bu məhsula maraq xüsusilə artır. Bəs artan tələbat bazarda qiymətlərə təsir göstərə bilər?Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, xurmaya tələbatın artması qiymətlərə təsir göstərə bilər. Xüsusilə Ramazan ayı yaxınlaşdıqca idxalçı və satıcılar daha çox məhsul gətirməyə çalışsalar da, qısa müddətdə artan tələb bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, qiymətə təsir edən əsas amillərdən biri də xurmanın idxal olunmasıdır: “Azərbaycan xurmanı xarici ölkələrdən gətirdiyi üçün beynəlxalq bazarlardakı qiymətlər, nəqliyyat xərcləri və valyuta məzənnəsi daxili bazarda satış qiymətinə birbaşa təsir edir. Əgər dünya bazarında qiymətlər sabit qalsa və idxal həcmi artırılsa, kəskin bahalaşma gözlənilməyə bilər. Digər tərəfdən, bazarda rəqabətin yüksək olması və müxtəlif ölkələrdən fərqli keyfiyyətdə xurmanın təklif edilməsi qiymət artımını müəyyən qədər balanslaşdıra bilər. Buna görə də tələb artsa belə, qiymətlərin nə qədər dəyişəcəyi təklif həcmi və idxal şərtlərindən asılı olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
68
metbuat.az

1Mənbələr