AZ

Bakıda Avropanın milli geyimləri sərgisi açılıb

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Milli Xalça Muzeyində Avropanın milli geyimləri və ornamentlərinə həsr olunmuş “Bağçada güllər” sərgisinin açılış mərasimi keçirilib. 

525.az xəbər verir ki, sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Arts Council Azerbaijan”ın birgə təşkilatçılığı, həmçinin Aİ-yə üzv dövlətlərin ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Ekspozisiyada Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 milli geyim dəsti yer alıb. Bu nümunələr Avropa İttifaqı ölkələrinin zəngin mədəni müxtəlifliyini, fərqli tarixi dövrlərə aid adət-ənənələrini, özünəməxsus kimliyini və geyimlərin ornamental xüsusiyyətlərini əks etdirir.

Eyni zamanda, sərgidə muzeyin kolleksiyasında qorunan, xalqımızın tarixini və mədəni irsini təcəssüm etdirən Azərbaycan milli geyimləri, eləcə də “Bağçada güllər” və “Alpan” xalçaları nümayiş olunacaq. Ekspozisiya Avropa və Azərbaycan mədəni irsi arasında paralellər quraraq, ornament və naxışların ümumbəşəri estetik dəyərlərini ön plana çıxarır.

Sərginin əsas məqsədi Azərbaycan tamaşaçısını Avropa xalqlarının əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrini əks etdirən ənənəvi milli geyimləri ilə tanış etmək, eyni zamanda Avropa və Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri arasında bədii və mədəni oxşarlıqları göstərməkdir. Layihə mədəniyyətlərarası dialoqu təşviq etməyi, ortaq estetik dəyərləri vurğulamağı və milli irsin qorunması və təbliğinin əhəmiyyətini diqqətə çatdırmağı hədəfləyir.

“Bağçada güllər” sərgisi fevralın 21-dək davam edəcək.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
525.az

1Mənbələr