AZ

Avropa Komissiyası yüksək səviyyəli siyasi dialoq keçirəcək

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Avropa Komissiyası fevralın 26-da Rusiya, Belarus və Ukrayna ilə həmsərhəd olan Avropa İttifaqının (Aİ) şərq regionlarına dəstək üçün yeni strategiya çərçivəsində yüksək səviyyəli siyasi dialoq keçirəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, strategiya ilə bağlı qərar Aİ komissarları kollegiyasının bugünkü iclasında qəbul edilib.

Mart ayında keçiriləcək iclasda isə maliyyə qurumları "EastInvest" mexanizminin işə salınması haqqında bəyannamə imzalayacaqlar. O, qeyd olunan regionlarda iqtisadi artımın təmin edilməsinə yönəlib və onların maliyyələşməyə çıxışını yaxşılaşdırmağa imkan verəcək. Kreditlər Avropa İnvestisiya Bankı və digər beynəlxalq maliyyə institutları, həmçinin bir sıra milli və regional inkişaf bankları tərəfindən veriləcək. İnvestisiya üçün Aİ Dünya Bankı ilə əməkdaşlığa da əsaslanacaq.

Aİ-nin doqquz dövlətində – Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanda bir neçə region hibrid müharibədən, silah kimi istifadə edilən miqrasiyadan, iqtisadi və ticarət problemlərindən və demoqrafik tənəzzüldən xüsusilə əziyyət çəkib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
azpolitika.info

2Mənbələr