AZ

Yeni “Audi RS5”-in İLK GÖRÜNTÜLƏRİ: Model ilk dəfə iki gövdə tipində TƏQDİM OLUNACAQ – FOTOLAR

Yeni Audi RS5-in şəkilləri internetə sızıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici avtomobil KİV-ləri məlumat yayıb.

Yeni “Audi RS5” modelinin fotoları internetə sızdırılıb. Məlumata görə, bu model ilk dəfə olaraq iki gövdə tipində — liftbek və universal variantlarında istehsal ediləcək.

Avtomobilin texniki göstəriciləri də diqqət çəkir. Yeni RS5-in kapotunun altında “V6” mühərriki əsasında qurulmuş hibrid güc qurğusu yer alıb.

Eksteryer dizaynı isə maksimum dərəcədə aqressiv üslubda hazırlanıb: nəhəng radiator barmaqlığı, genişləndirilmiş qanadlar, karbon detallar və oval çıxışlı eqzoz sistemi avtomobilin idman xarakterini vurğulayır.

Hələlik yeni modelin qiyməti açıqlanmayıb. Avtomobilsevərlər bu “kosmik” texnologiyalı modelin rəsmi təqdimatını və qiymətinin bəyan edilməsini gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr