AZ

Pirsinq etdirməzdən əvvəl bilməli olduğunuz risklər - Həkim AÇIQLADI

Pirsinqlər son illərdə moda halına gəlsə də, bir çox sağlamlıq risklərini daşıyan bir prosedurdur. Bu cür bədən dəyişiklikləri ciddi infeksiya, yara və digər fəsadlarla nəticələnə bilər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı dermatoloq Sona Məmmədova bildirib ki, pirsinq əməliyyatının düzgün sterilizasiya edilməməsi infeksiya riskini artırır:

"İnfeksiya nəticəsində yaranan şişlik və ağrı, bəzən cərrahi müdaxilə tələb edə bilər. Pirsinqin yerləşdiyi nahiyə də xüsusi diqqət tələb edir. Xüsusilə ağzın, qulağın və burun bölgələrinin pirsinqi, bəzən ciddi anatomi problemlərə yol aça bilər. Pirsinqlər həmçinin dəri reaksiyalarına, allergiyalara səbəb ola bilər. Bəzən bədən pirsinqi zamanı istifadə olunan metallara qarşı allergiya inkişaf edə bilər. Üstəlik, bədənin müəyyən hissələrində pirsinqin zədələnməsi və qanama baş verməsi mümkündür. Həmçinin, pirsinqlər bəzi tibbi prosedurları çətinləşdirə bilər".

Həkim qeyd edib ki, psixoloji baxımdan isə pirsinqi düşünmədən etdirmək bədənin müxtəlif hissələrinə mənfi təsir göstərə bilər. Yəni, bəzən insanlar gələcəkdə pişmanlıq hissi keçirə bilər. Pirsinqlər həm də sosial münasibətlərdə bəzi çətinliklərə yol açaraq insanların bədənlərinə olan münasibətlərinə təsir edə bilər. 

Asya
Milli.Az 

Seçilən
27
1
milli.az

2Mənbələr