AZ

Rusiya sanksiyaların ləğvi üçün ABŞ-a "Böyük Saziş" təklif edir

Rusiya Təhlükəsizlik Şurasına ABŞ ilə "Böyük Saziş" adlanan planın təqdim olunduğu barədə məlumat yayılıb.

Herbiand.az xəbər verir ki, bu barədə "The Economist" qəzeti məlumat verib.

Sənədin əsas şərtlərindən biri müəyyən güzəştlər və layihələr müqabilində Moskvaya qarşı bütün sanksiyaların ləğv edilməsidir. Xüsusilə, bu, Rusiyadakı bizneslərini geri almaq hüququ olmadan yerli idarəetməyə verən Amerika şirkətlərinə aktivlərin qaytarılmasını nəzərdə tutur.

"The Economist" qeyd edir ki, bu cür aktivlərin ümumi dəyəri təxminən 60 milyard dollar olaraq qiymətləndirilir. Sanksiyalar ləğv edilərsə, Amerika şirkətləri müvafiq razılaşmalar olmadan belə aktivlərini geri ala bilərdilər.

Bundan əlavə, "The Economist" yazır ki, Donald Tramp administrasiyası qlobal bazarlara təsir göstərə biləcək irimiqyaslı layihələrdə iştirak etməkdə daha çox maraqlıdır. Təhlükəsizlik Şurasının sənədində iddia edilir ki, Arktikanın və Uzaq Şimalın zəngin təbii sərvətlərinin inkişaf etdirilməsi potensialı vurğulanır. Bu cür təşəbbüslərin bütün tərəflər üçün əhəmiyyətli mənfəət gətirəcəyi bildirilir.

Seçilən
16
herbiand.az

1Mənbələr