AZ

Ötən ay Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dolları ötüb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarətəməliyyatlarının həcmi 417,8 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 38,3 milyon ABŞ dolları və ya 10,1% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 11,81%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.

Bu ilin yanvar ayında Azərbaycandan Çinə 10,2 milyon dollarlıqməhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə9,065 milyon ABŞ dolları və ya 9,2 dəfə çoxdur.

Hesabat dövründə Çindən Azərbaycana isə 407,7 milyon ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 29,2 milyon ABŞ dolları və ya 7,7% artımdeməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çoxməhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Seçilən
48
az.trend.az

1Mənbələr