Sabiq fransalı hücumçu Tyerri Anri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan "Benfika" "Real Madrid" oyununda (0:1) meydan sahiblərinin futbolçusu Canluka Prestianni ilə qonaqların cinah hücumçusu Vinisius Junior arasındakı insidentə münasibət bildirib.
Fanat.Az "CBS Sports Golazo" istinadən xəbər verir ki, ağzını futbolkası ilə tutub Viniyə nəsə deyən (braziliyalı futbolçu Canlukanın onu meymun adlandırdığını bildirib) argentinalıya müraciət edib:
"Gəlin Prestianninin necə insan olduğuna baxaq. Nə dediyini danış! Sən yəqin ki, nəsə demisən. Ağzını niyə bağlayırsan? Soyuqlamısan?"
Nihat