Azərbaycan I Liqası 15-ci turu çərçivəsində keçirilən MOİK – “Səbail” matçında maraqlı hadisə yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşün 60-cı dəqiqəsində “dənizçilər”in baş məşqçisi Adil Şükürov Roman Hüseynovu meydandan çıxarmaq istəsə də, əvəzetmə baş tutmayıb.
Buna səbəb futbolçunun meydandan çıxmaq istəməməsi olub. O, Adil Şükürovun çağırışına məhəl qoymadan “çıxmıram, oyna” deyərək, kənara gəlməyib.