AZ

Sülh Şurasında Türkiyəni Hakan Fidan təmsil edəcək

Sabah ABŞ-də keçirilməsi planlaşdırılan Qəzza üzrə Sülh Şurasının ilk iclasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Məlumata görə, Fidanın görüşdə çıxış etməsi, Fələstin məsələsinin həlli üçün səylərin davamlı olaraq qətiyyətli şəkildə davam etdirilməsini vurğulaması və Türkiyənin bu istiqamətdəki təşəbbüsləri dəstəklədiyini ifadə etməsi gözlənilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr