AZ

"QaraSivilizasiya" Muzeyinin kuratoru: Virtual Muzey beynəlxalq dialoq üçün mühüm başlanğıcdır

Bakı, 18 fevral, AZƏRTAC

Virtual Muzeyin yaradılması olduqca mühüm təşəbbüsdür. Bu addım əslində beynəlxalq dialoq üçün mühüm başlanğıc hesab oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dekolonial tədqiqatlar sahəsində multidisiplinar tədqiqatçı, "QaraSivilizasiya" Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro müstəmləkəçiliyə həsr olunmuş ilk Virtual Muzeyin təqdimatı zamanı söyləyib.

O bildirib ki, muzey yalnız müstəmləkəçilik tarixinin təqdimatı ilə məhdudlaşmır. O, müxtəlif yanaşmaları və baxış bucaqlarını özündə birləşdirən çoxşaxəli bir platformadır. Məhz burada bir daha məlum olur ki, müstəmləkəçilik dövründə güclü dövlətlər yerli xalqlara qarşı necə davranıb, onların resurslarını necə istismar edib və sosial-mədəni strukturlarına necə təsir göstəriblər.

"Gələcəkdə isə bu platforma zərər çəkmiş və təcrübə yaşamış yerli xalqların hüquqlarının müdafiəsi və onların beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm rol oynayacaq", - deyə Natali Elizabet Mba Bikoro vurğulayıb.

Seçilən
73
1
azertag.az

2Mənbələr