AZ

Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən ilk Virtual Muzeyin strateji əhəmiyyəti nədir?

Bakı, 18 fevral, AZƏRTAC

Keçmiş müstəmləkələrlə bağlı bütün məlumatlar - tarixi faktlar, hüquqi sənədlər və digər məlumat materialları vahid rəqəmsal məlumat bazasında toplanacaq. Gələcəkdə beynəlxalq hüquqşünaslar, mütəxəssislər və ekspertlər bu faktlardan və mənbələrdən səmərəli şəkildə yararlana biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçiliyə həsr olunmuş ilk Virtual Muzeyin təqdimatı zamanı söyləyib.

Layihənin əsas strateji əhəmiyyətindən danışan A.Abbasov deyib: “Biz dekolonizasiya prosesinə elmi müstəvidə töhfə vermiş olacağıq. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları və xüsusi məruzəçiləri də bu platformadan istifadə etmək imkanı əldə edəcəklər. Beləliklə, rəqəmsal muzey həm elmi-tədqiqat, həm də beynəlxalq hüquqi və institusional səviyyədə mühüm istinad mənbəyinə çevriləcək”.

Seçilən
57
azertag.az

1Mənbələr