AZ

Reuters: “Çin ABŞ-nin iddiasını təkzib edir”

AzVision.az bildirir ki, “Reuters” agentliyinin məlumatına görə, Kristofer Yeau bu barədə Vaşinqtondakı Qudzon İnstitutunun Analitik Mərkəzində keçirilən tədbirdə bununla bağlı məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstandakı ucqar seysmik stansiya 2020-ci il iyunun 22-də Çinin qərbindəki “Lop-Nor” sınaq poliqonundan 720 km məsafədə baş verən 2,75 bal gücündə “partlayış” qeydə alıb.

Lakin nüvə sınaqlarının aşkarlanmasına məsul olan Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı ABŞ dövlət katibi müavininin iddialarını qəti şəkildə təsdiqləmək üçün kifayət qədər məlumatın olmadığını bildirib.

Bundan əlavə, Vaşiqntondakı Çin səfirliyinin sözçüsü Pekinin nüvə sınaqları keçirdiyi iddiasının“tamamilə əsassız”olduğunu və bunun ABŞ-nin nüvə sınaqlarının “yenidən başlaması üçün bəhanə uydurmaq” cəhdi olduğunu bildirib.

1996-cı il nüvə sınaqlarının qadağan olunması müqaviləsini imzalayan, lakin onu təsdiqləməyən Pekin, ABŞ-nin bu ayın əvvəlində beynəlxalq konfransda ilk dəfə ittiham irəli sürməsindən sonra yeraltı nüvə sınağı keçirdiyini inkar edib. Çinin son rəsmi yeraltı sınağı 1996-cı ildə baş tutub.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
97
1
azvision.az

2Mənbələr